Kataloq
Profil
Seçilmişlər
Səbət

İnteryer dizayn nədir? Hansı interyer dizayn üslubları var

Bloq
06.04.2024
Bloq

İnteryer dizayn nədir?
Hansı üslublar var?

Yəqin ki, evinizi təmir edərkən və ya yeni ev inşa edərkən bu terminlə tez-tez qarşılaşmısınız.Bəs nədir bu termin? Nəyə lazımdır? Önəmi varmı?

İlk öncə qeyd etməliyik ki, ev təmiri və ya inşası zamanı interyer dizayn ən önəmli faktorlardandır. Zaman keçdikcə bu sahənin önəmi isə getdikcə daha da artır. 
İnteryer dizayn evinizdə və ya digər məkanlarda daxildə ooan əşya və elementlərin bir birinə müəyyən ahənglə və estetika ilə uyğunluğudur. 
Bu müştərilərin zövqü və onların davranışlarını analiz etməkla hazırlanır.
Gözoxşayan interyer dizaynda hər bir element bir birinə uyğun olmalı və bir birini tamamlamalıdır. Buna həm də rənglərin uyğunluğu da aiddir.

İnteryer dizayn özlüyündə müxtəlif üsulları cəmləşdirir. Gəlin bunlardan bir neçəsi haqda danışaq.

1. Müasir üslub
2. Minimalist üslub
3. Sənaye üslubu
4. Əsrin modernliyi üslubu


1. Müasir üslub

Müasir üslub metal, polad və şüşə materiallı əşyalardan daha çox istifadə etməklə müasir görünüş yaratmaqdır
müasir üslub yaratmaq istəyirsinizsə ağır və çox dəbdəbəli yox, daha sadə məhsullara yer verməlisiniz. Həmçinin işıqlandırmaya diqqət etməyiniz vacibdir.

2. Minimalist üslubda isə rəng palitraları neytral, yumşaq və daha az rəngli olmalıdır. Əlavə olaraq mebellər və işıqlandırma sadə və bu üsluba cavab verən dizaynda olmalıdır.

3. Sənaye üslubu
Elementlərin çoxunda natamamlıq hiss olurunur. Kərpic, kanal və ağacdan işləmələr bu tərzin xüsusiyyətləridir. Yüksək tavanlar, köhnə taxta və asma metal işıqlardan tez-tez istifadə olunur.

4. Əsrin modernliyi üslubu
Əsrin modernliyi 1900-cü illərin ortalarında, xüsusən də 1950 və 60-cı illərin dizayn üslubunun geri dönüş tərzidir. Bu dizayn retro nostalji ilə yanaşı bəzi minimalizm elementlərinə də malikdir.

Bütün bu interyer üslublarının ayrılmaz hissəsi təbii ki, işıqlandırma vasitələridir.
Biz sizə hər bir üsluba uyğun gələn və zövqlü işıqlandırma vasitələri təklif edirik. Zamanın trendlərini daim izlədiyimizə görə ən yaxşısını sizin üçün seçirik.

Yenilikərə abunə ol

Ən son yeniklərdən xəbərdar ol

E-poçt ünvanı Siz artıq abunə olmusunuz!
abunə ol
Sosial şəbələrimiz: